Astara Bilik Evində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir


Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Astara Bilik Evinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
 
Tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açaraq, təmsil etdiyi qurumun yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirməklə bağlı həyata keçirdiyi layihələrindən danışıb. “Narkomaniya - ölümə aparan qısa yol” mövzusunda filmin nümayişindən sonra Mərkəzdə fəaliyyət göstərən Fondun baş mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə söyləyib.
 
Natiq bildirib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.
 
Müstəqillik əldə olunduqdan sonra bir sıra problemlər kimi, narkomaniyaya qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxdı. Bu mərhələnin ən uğurlu cəhəti narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şəraitin yaradılmasıdır.
 
Narkomaniya və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunla təsdiq edilib.
 
Tədbirdə Astara rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, Polis Şöbəsinin İçtimai Təhlükəsizlik Bölməsinin inspektoru, polis kapitanı Anar Atakişiyev, Mərkəzi Xəstəxananın narkoloqu Oktay Əmənullayev çıxış ediblər.
 
Tədbir iştirakçıları Astara Bilik Evinin “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 31.05.2018

Son xəbərlər