Astara Bilik Evində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evinin və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Bizə Qurtuluş bəxş etmiş dahi” mövzusunda tədbir və sərgi keçirilib.

Tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıb. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Astara Heydər Əliyev Mərkəzi fondunun baş mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə edib. Bildirilib ki, görkəmli dövlət xadimi, bütün türk dünyasının nadir tarixi simalarından olan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilib. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini qoruyub və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz edib. Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılıb və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin müstəsna əhəmiyyəti var. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli liderin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.

Tədbirdə Astara Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülzar İsmayılova, Astara rayon Pedaqoji Kollecinin müəllimi Elçin Mahmudov və Astara Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova çıxış ediblər.

İştirakçılara “Azərbaycan xalqının Milli Qurtuluş Günü” mövzusunda sənədli film nümayiş olunub, Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 08.06.2018

Son xəbərlər