Astara Bilik Evində dərnək məşğələləri uğurla başa çatıb


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evində fəaliyyət göstərən “Rəssamlıq” dərnəyinin məşğələlərinə yekun vurulub. Astarada Bilik Evinin yaradılmasının 1-ci ildönümü münasibətilə keçirilən tədbirdə maarifləndirici layihələrdə fəal iştirak edən yerli ziyalılara “Təşəkkürnamə”lər və Fondun “İl boyu bilik” proqramı üzrə doqquz ay müddətində Astara Bilik Evində fəaliyyət göstərən “Rəssamlıq” dərnəyinin üzvlərinə “Sertifikat”lar təqdim olunub.

Astara Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı mütəxəssisi Abbas Əliyev, Bilik Evinin müdiri Yasəmən Rəsulova və Mərkəzin direktoru Kübra Səmədova iştirak ediblər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 02.08.2018

Son xəbərlər