Astara Bilik Evi Milli Musiqi Gününü keçirdi


18 Sentyabr Milli Musiqi Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evinin və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Rayon Uşaq Musiqi məktəbinin kollektivi yerli Heydər Əliyev Mərkəzində ekskursiyada olublar.
 
Mərkəzin direktoru Kübra Səmədova tədbir iştirakçılarını “ Milli Musiqi günü” münasibətilə təbrik edib və onlara Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin zəngin ömür yolunu əks etdirən fotoşəkilləri və sənədlər haqqında məlumat veriblər.
 
İştirakçılar Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
 
Azərbaycan Respubliaksının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 18.09.2018

Son xəbərlər