Astara Bilik Evi müəllimləri ekskursiyaya cəlb etdi


5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Astara Bilik Evinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Astara şəhər 1 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
 
Mərkəzin bələdçisi Cəmalə Məmmədova ekskursiyaya gələn müəllim və şagirdlərə Ümummilli liderimiz Heydər Əliyevin zəngin ömür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat verib, xalqımızın firavan gələcəyi naminə Ulu öndərin apardığı mübarizədən danışıb.
 
Ekskursiya iştirakçıları Astara Bilik Evinin “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidmət
Tarix: 05.10.2018

Son xəbərlər