Astara Bilik Evində narkomaniyaya qarşı tədbir keçirildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib.

Mərkəzdə gerçəkləşən tədbiri qurumun direktoru Kübra Səmədova açaraq bildirib ki, gənclərdə sağlam düşüncə tərzinin formalaşdırılması məqsədilə onları zərərli vərdişlərdən çəkindirməli, bu yöndə təbliğat işini gücləndirməliyik.

Fondun əməkdaşı Elza Kazımova mövzu ilə bağlı geniş məruzə edib. Narkomaniyanın müasir dünyanın ciddi problemlərindən biri olduğunu deyən natiq bu istiqamətdə mübarizə aparmaq üçün qurumların səylərini birləşdirməsinin vacibliyinə toxunub.

Tədbirdə Astara Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profiliktik işin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Amal Pzayev, Rayon Mərkəzi Xəstəxanasının narkoloqu Oktay Əmənnullayev çıxış ediblər.

Sonda mövzuya ilə bağlı sənədli film nümayiş olunub. Tədbir iştirakçıları Astara Bilik Evinin “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə də baxış keçiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 14.11.2018

Son xəbərlər