Astara Bilik Evində İsa Muğannanın 90 illiyi qeyd olundu


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evi və Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Xalq yazıçısı İsa Muğannanın 90 illiyi münasibətilə tədbir keçirilib.
 
Mərkəzdə gerçəkləşən tədbiri qurumun direktoru Kübra Səmədova açaraq bildirib ki, İsa Muğannanın ədəbi irsi Azərbaycan nəsri üçün böyük töhfədir. Mərkəz fondunun baş mühafizi Elza Kazımova yazıçının həyat və yaradıcılığı ilə bağlı geniş məruzə söyləyib.
 
Bildirlib ki, milli ədəbiyyatımızın inkişafına xidmət etmiş Xalq yazıçısı həyatının 60 ilini yazıb-yaratmağa həsr edib, xalqın çoxəsrlik bədii-mədəni fikir xəzinəsini daha da zənginləşdirib. Ədibin yaradıcılığı bütövlükdə ana dilinə həssas yanaşmanın və onun poetik imkanlarından yüksək sənətkarlıqla bəhrələnmənin bariz nümunəsidir. O, tarixi gerçəkliklərin obrazlı ifadəsinə çevrilmiş, milli kinematoqrafiyamızın qızıl fonduna daxil olmuş bir çox filmlərin ssenari müəllifi kimi də tanınır.
 
İştirakçılar İsa Muğannanın həyat və yaradıcılığını əks etdirən filmə baxıblar.
 
Tədbirdə Mərkəzin bələdçisi Cəmalə Məmmədova və rayonun Suparibağ kənd tam orta məktəbinin şagirdi Rəqsanə İsmayılova çıxış ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidmət
Tarix: 22.11.2018

Son xəbərlər