Astarada “Maarifləndirmə nadanlığa qarşı mübarizə aləti kimi” mövzusunda mühazirə keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Astara Bilik Evinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Fondun lektoru, “Etnoqlobus” Beynəlxalq onlayn araşdırma mərkəzinin direktoru Gülnarə İnancın "Maarifləndirmə nadanlığa qarşı mübarizə aləti kimi" mövzusunda mühazirəsi keçirilib.
 
Tədbiri Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açaraq, müasir dövrümüzdə nadanlığın yaranma səbəbləri və cəmiyyətə vurduğu ziyanlar haqqında danışıb.
 
“Etnoqlobus” Beynəlxalq onlayn araşdırma mərkəzinin direktoru Gülnarə İnanc nadanlığın Azərbaycan cəmiyyətində təzahür formaları sırasında uşaqların təhsildən yayınması, qohumlar arasında və ya erkən evlilik kimi halların olduğunu deyib.
 
Sonda tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evinin “Toxuculuq” və “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 26.12.2018

Son xəbərlər