Ağdaş Bilik Evində Xocalı qurbanları yad edildi


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bilik evləri silsilə tədbirlər keçirir.
 
Fevralın 22-də Ağdaş Bilik Evində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar "dəyirmi masa" keçirilib. Bilik Evinin təlimçisi Turanə Şıxalıyeva tarixi faktlara əsaslanaraq, gənclərə soyqırım haqqında ətraflı məlumat verib.
 
Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Rayon İcra Hakimiyyətinin məsul işçisi Qalib Həsənov, Dövlət Humanitar Kollecinin əməkdaçı Dilarə Manafova, Bilik Evinin mütəxəssisi Ülviyyə Hacıxanova tədbirdə çıxış edərək, erməni vəhşiliyinin insanlıq əleyhinə yönəldiyini və onların terrorçu düşüncə daşıyıcısı olmalarının bütün dünya üçün təhlükə yaratdığını söyləyiblər.
 
Tədbirdə Bilik Evinin təlimçisi Sərxan Namətovun hazırladığı video-slayd nümayiş etdirilib.
 
Sonda iştirakçılar Bilik Evi dinləyicilərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

 
Tarix: 23.02.2018

Son xəbərlər