Ağdaş Bilik Evində şairin anım günü keçirildi


Martın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ağdaş Bilik Evi və Mərkəzi Kitabxana Sisteminin 1 saylı Gənclər Kitabxanasının birgə təşkilatçılığı ilə ağdaşlı mərhum şair Mirdamət Əzizin  "Haqqın bayrağını endirməmişəm" adlı kitabının təqdimatı keçirilib.

Rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə şairin ailə üzvləri və rayon ziyalıları M.Əzizin yaradıcılığından söhbət açaraq, cəmiyyətin inkişafında ədəbiyyatın danılmaz rolunu qeyd ediblər. 

Tarix: 05.03.2018

Son xəbərlər