Ağdaş Bilik Evində qadın zorakılığına qarşı tədbir


Martın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Şəhla Mirzəzadənin Ağdaş Bilik Evində gənc qızlar üçün “Qadın zorakılığı” mövzusunda tibbi maarifləndirici mühazirəsi təşkil olunub.

Tədbirdə mühazirəçi cəmiyyətdə və məişətdə qadın zorakılığı, zorakılığın formaları, faktorları, zorakılığa məruz qalmış insanlarda yaranan sağlamlıq problemləri, o cümlədən, ölkəmizdə qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlər və qanunvericilikdə nəzərdə tutulan cəzalar barədə iştirakçılara ətraflı məlumat verib.

Təqdimatın sonunda qadın zorakılığı ilə bağlı videoçarx nümayiş olunub, İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar iştirakçılara paylanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 07.03.2018

Son xəbərlər