“Heydər Əliyev: tolerantlıq və multikulturalizm ideyaları” - Ağdaşda tədbir oldu


Ağdaş Bilik Evinin və Ağdaş Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev: tolerantlıq və multikulturalizm ideyaları” mövzusunda "dəyirmi masa" keçirilib.

Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev Ağdaş Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açaraq, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının müasir dünyada daha aktual olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərin qayğısına qalaraq, bu dəyərlərin qorunub saxlanılmasına xüsusi diqqət göstərib.

Tədbirdə “Heydər Əliyev və nümunəvi dövlət-din münasibətləri” mövzusunda çıxış edən Ağdaş rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov vurğulayıb ki, Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasət nəticəsində ölkəmizdə sülh, əmin-amanlıq hökm sürür.

Sonda mövzu ilə bağlı videosüjet nümayiş olunub və Ağdaş Bilik Evinin təlimçisi Sərxan Namətov filmdə əksini tapan tarixi hadisələrin mahiyyəti barədə fikirlər söyləyib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 07.05.2018

Son xəbərlər