Ağdaş Bilik Evi Beynəlxalq Muzeylər Gününü qeyd etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ağdaş Bilik Evi, rayonun Heydər Əliyev Mərkəzi və Maqsud Şeyxzadənin Ev-muzeyinin birgə təşkilatçılığı ilə 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Tarix-Diyarşüunaslıq Muzeyində tədbir keçirilib.

Muzeyin direktoru Nisanə Yusifova tədbiri giriş söz ilə açaraq, əlamətdar günün tarixi haqqında danışıb.
 
Bilik Evinin əməkdasi Turanə Şıxaliyeva və Maqsud Şeyxzadənin ev muzeyinin elmi iscisi Afaq Xəlilova çıxışlarında muzeylərin gələcək nəsillər üçün bilgi mənbəyi olduğunu bildiriblər. Qeyd ediblər ki, gənclər muzeylərə nə qədər çox ekskursiya etsələr, dünyagörüşləri bir o qədər artar.
 
Sonda rayon məktəblilərinin hazırladıqları kompozisiyasi nümayiş olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 18.05.2018

Son xəbərlər