Ağdaş Bilik Evi Cümhuriyyətə həsr olunan sərgi təşkil etdi


Mayın 21-də  Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.  

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ağdaş Bilik Evində fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri nümayiş olunub.

Tədbiri Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayil Yusifzadə açaraq 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verdiyini, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulduğunu xatırladıb.

Rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev Cümhuriyyətin yaranma tarixindən bəhs edib.

Sonda rayon ictimaiyyəti sərgiyə baxış keçirib. 

Tarix: 21.05.2018

Son xəbərlər