Ağdaş Bilik Evində Milli Qurtuluş tədbiri


İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ağdaş Bilik Evi və yerli Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində 15-uyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
 
Mərkəzi Kitabxanın direktoru Seyfəddin Feyzullayev tədbiri açaraq, Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı ilə xalqın xoş günlərə qədəm qoyduğunu bildirib. Bilik Evinin təlimçisi Sərxan Namətov da çıxışında Qurtuluş Gününün mahiyyətindən söz açıb.
 
Tədbir rayon məktəblilərinin şeir kompozisiyası ilə yekunlaşıb.
 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 14.06.2018

Son xəbərlər