Ağdaş Bilik Evində təlimlər davam edir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ağdaş Bilik Evində fəaliyyət göstərən “Kompüter texnologiyaları və kargüzarlıq işi” kursu uğurla davam edir. Kursun təlimçisi Sərxan Namətov gənclərin məşğələlərə həvəslə qatıldıqlarını bildirib. 16 nəfərin iştirak etdiyi “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə təlim kursunda ağdaşlı gənclərə yeni informasiya- kommunikasiya texnologiyaları barədə məlumat verilir, kompüter proqramları öyrədilir.
 
Bununla yanaşı, Ağdaş Bilik Evində “Gənc rəssamlar”, “Toxuculuq və xalçaçılıq” dərnəkləri də fəaliyyət göstərir. Kursu müvəffəqiyyətlə bitirən müdavimlərə Bilik Fondunun sertifikatları təqdim olunacaq.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 10.07.2018

Son xəbərlər