Tələbələr Ağdaş Bilik Evində səhnəciklər nümayiş etdirdilər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ağdaş Bilik Evi və Ağdaş Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə 17 noyabr – Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirib.

Kollecdə keçirilən tədbirdə Bilik Evinin dinləyiciləri və kollec tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Gənclər çıxışlarında 1988-ci ilin noyabrında yüz minlərlə azərbaycanlının öz ərazi bütövlüyünə, sərhədlərinə, milli-mənəvi dəyərlərinə təhdidə qarşı etiraz etmələrini, bununla da milli azadlıq hərəkatının yarandığını canlandırıblar.

Sonda ay-ulduzlu üçrəngli bayraq alqışların müşayiəti ilə səhnəyə gətirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 17.11.2018

Son xəbərlər