Ağdaşda Ulu öndərin anım tədbiri keçirildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ağdaş Bilik Evi və rayonun Mərkəzi Kitabxana Sisiteminin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində dahi öndər Heydər Əliyevin anım günü qeyd edilib.
 
Tədbirin əvvəlində Ulu öndərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Ağdaş Mərkəzi Kitabxana Sisteminin direktoru Seyfəddin Feyzullayev böyük şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli liderin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və ölkəmizin beynəlxalq arenada tanınmasına nail olub.
 
Ağdaş Bilik Evinin əməkdaşı Sərxan Namətov əbədiyaşar şəxsiyyət Heydər Əliyevin həyatını əks etdirən sənədli film nümayiş etdirib. Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotolövhələrlə tanış olublar.
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 11.12.2018

Son xəbərlər