Ağstafa Regional Bilik Evində tədbir – “Müstəqil Azərbaycan Ümummilli lideri Heydər Əliyevin yolu ilə addımlayır”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ağstafa Regional Bilik Evinin təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasətinin, həyat və fəaliyyətinin öyrənilməsi, gənc nəslə çatdırılması məqsədi ilə tədbir keçirilib.
 
Ağstafa şəhər 1 nömrəli tam orta məktəbinin yuxarı sinif şagirdləri və müəllimlərin iştirakı ilə keçirilən görüşdə Bilik Fondunun könüllüsü, tarix müəllimi İndira Səmədova “Müstəqil Azərbaycan Ümummilli lideri Heydər Əliyevin yolu ilə addımlayır” mövzusunda məruzə ilə çıxış edib.
 
Şagirdlərin mövzu ətrafında sualları cavablandırılıb. İştirakçılar Mərkəz bələdçilərinin müşayiəti ilə muzeylə tanış olub, Ulu öndərin həyat və fəaliyyəti barədə məlumatlandırılıblar.
 
Şagirdlərə Ümummilli liderin keçdiyi ömür yolu və zəngin irsindən bəhs edən fotostend və sənədli film nümayiş olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 31.10.2018

Son xəbərlər