Ağsuda müsabiqə qalibləri mükafatlandırıldı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ağsu Bilik Evinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayon məktəbliləri arasında “Xalqımızı Heydər Əliyev qədər sevək” mövzusunda keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
 
Tədbiri Ağsu rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Tacızadə açaraq, belə müsabiqələrin məktəblilərə vətənpərvərlik ruhunun aşılanmasına təkan verdiyini bildirib.
 
Ağsu Bilik Evinin müdiri Reyhanə Tacızadə şagirdlərin müsabiqədə böyük həvəslə iştirak etdiklərini, Ulu öndərin şərəfli həyat yolu ilə bağlı bir-birindən maraqlı inşalar yazdıqlarını vurğulayıb.
 
Maraqlı inşalar çox olduğundan qaliblərin çətinliklə müəyyən olunduğunu deyən R.Tacızadə üç əsas yerin mükafatçılarının adlarını açıqlayıb.
 
I yerə Ağsu şəhər 1 nömrəli məktəb-liseyin şagirdi Səbinə Kazımlı, II yerə şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Leyla Fətullazadə, III yerə Bico kənd tam orta məktəbinin şagirdi Ayan Babaşova və Ləngəbiz kənd tam orta məktəbinin şagirdi Nəzrin Cəbiyeva layiq görülüblər.
 
Qaliblərə diplom və hədiyyələri Bilik Fondunun Ölkədaxili layihələr sektorunun baş məsləhətçisi Nüşabə Hüseynova və Ağsu Bilik Evinin müdiri Reynahə Tacızadə təqdim ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 18.12.2018

Son xəbərlər