Fəlsəfənin statusu və tədrisinin problemləri müzakirə edilib


19 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu və  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə UNESCO-nun təsis etdiyi Dünya Fəlsəfə Günü münasibətilə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş “Müasir dövrdə fəlsəfənin statusu və tədrisinin problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir.

Konfransın Azərbaycan, Fransa, Misir və Mərakeş nümayəndələrinin iştirakı ilə keçirilmiş açılış mərasimində İnstitutun direktoru, professor İlham Məmmədzadə və Bilik Fondunun icraçı direktoru, fəlsəfə doktoru Oktay Səmədov qonaqları salamlamış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanitar elmlərin inkişafına xüsusi önəm verdiyini vurğulamış, müasir dünyada fəlsəfə elminin  cəmiyyətin inkişafında mühüm rolundan danışmışlar.

Tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsinin icraçısı, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami, Fransanın Sofiya Antipolis Universitetinin departament rəhbəri Kristian Vallar, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sani çıxış etmiş, fəlsəfə üzrə elmlər doktorları Zümrüd Quluzadə, Əli Abbasov, Əbülhəsən Abbasov, Əlikram Tağıyev, Füzuli Qurbanov, Arzu Hacıyevanın, hüquqşünaslıq üzrə fəlsəfə doktorları Bəhram Zahidov və Habil Qurbanovun, iqtisadiyyat üzrə elmlər doktoru Əhməd Qəşəmoğlunun mərüzələri dinlənilmişdir..

Tədbirdə Bilik Fondunun dəvəti ilə Bakıya səfər etmiş fransalı alim K.Vallara Fəlsəfə və Hüquq İnstitutunun Fəxri Doktoru diplomu təqdim olunmuşdur.

 

Tarix: 19.11.2015

Son xəbərlər