Bilik Fondu Binəqədidə narkomaniyaya qarşı tədbir keçirdi


Azərbaycan Respublikasnın Prezidenti yanında Bilik Fondu 26 iyun – Beynəlxalq Narkomaniya ilə Mübarizə Gününə həsr olunmuş silsilə tədbirlərini davam etdirir. Növbəti görüş Binəqədi rayonunda Bilik Fondu, Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. 

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasmın katibi Elman Dadaşov 2016-cı ilin altı ayı ərzində bu istiqamətdə görülən işlər barədə məruzə ilə çıxış edib.

Daha sonra tədbirdə ekspert qismində iştirak edən Azərbaycan Respublikası DİN Polis Akademiyasnın "Daxili İşlər orqanlarında inzibati fəaliyyət" kafedrasnın baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı Rafıq Nəcəfquliyev və Respublika Narkoloji Mərkəzinin həkimi Asif Kəngərli narkomaniyanın törətdiyi bəlalardan bəhs ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev bəşəriyyət üçün böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.
Tədbirin sonunda çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov respublika əhalisi və xüsusi ilə gənclər üçün böyük təhlükə mənbəyi olan "ağ ölümə" qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin Binəqədi rayonunda mütəmadi xarakter daşıdığını qeyd edib. Natiq eyni zamanda vurğulayıb ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısı yanında fəaiıyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasına rayonun hüquq-mühafizə orqanlarnın, rayon Gənclər və İdman İdarəsinin rəhbərləri, ictimaiyyət nümayəndələri daxil edilib. 

Tədbirdə yekdilliklə bildirilib ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.

Tarix: 23.06.2016

Son xəbərlər