“Ulu Öndər Heydər Əliyevin şəxsi kitabxanasından Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabları” mövzusunda sərgi-konfrans


08. 12. 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseydə Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində “Ulu Öndər Heydər Əliyevin şəxsi kitabxanasından Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabları” mövzusunda sərgi-konfrans keçirilib. Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrası və Akademik Zərifə Əliyeva adına liseylə birgə keçirilib.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, baş məsləhətçi Almaz Axundova iştirak ediblər.

Konfransda “Kitaba və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi” mövzusunda M.F.Axundzadə adına Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi professor  Kərim Tahirov, “Yeniyetmələrin və gənclərin mənəvi tərbiyəsində Heydər Əliyevin zəngin irsinin əhəmiyyəti” mövzusunda BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” mövzusunda BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti, filiologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanov çıxış ediblər.

Konfrans Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş təqdimat müsabiqəsinin qalibi Eliza Məmmədovanın “Heydər Əliyev və Azərbaycan” mövzusunda çıxışı ilə yekunlaşıb.

Ulu Öndərin şəxsi nümunəsində milli-mənəvi dəyərlərə münasibət və mütaliə mədəniyyəti ön plana çəkilib.

 

Tarix: 08.12.2016

Son xəbərlər