Bilik Fondu dost təşkilat seçildi


Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Şəmkirdə yeni il tədbiri keçirilib. Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov bütün Azərbaycan xalqını qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə təbrik edib. 
Daha sonra 2016-cı ildə Şəmkir rayonunun sosial-iqtisadi, mədəni, təhsil və idman sahəsində fərqlənənlərə fəxri fərman və kuboklar təqdim olunub. 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Şəmkir Rayon İcra Hakimiyyətinin təsis etdiyi "Dost təşkilat" nominasiyasına layiq görülüb. 

Tarix: 30.12.2016

Son xəbərlər