20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Beynəlxalq Kempo-Karate və Kobudo Federasiyası, Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyası və Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yanvarın 15-də Qobustan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.

Turnir dövlət himninin səslənməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının prezidenti, Beynəlxalq Kempo-Karate və Kobudo Federasiyasının vitse-prezidenti, Əməkdar Məşqçi Tarverdi Allahverdiyev, Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, rayon icra hakimiyyəti başçısının müavini Məharət Əkbərov çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə VIII-dan kəmər sahibi Tarverdi Allahverdiyevin “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görüldüyünü və dövlətimizin başçısının mükafatın döş nişanını ona şəxsən təqdim etdiyini vurğulayaraq, yüksək təltif münasibətilə onu təbrik edib.

Bilik Fondunu əməkdaşı Vidadı Rzayev Prezident İlham Əliyevin dekabrın 23-də Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə nitqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar tədbirlərin görülməsi istiqamətində Bilik Fondu ilə federasiya arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

İyirmi şəhər və rayondan müxtəlif çəki dərəcələrində və yaş qruplarında komandaların iştirak etdiyi yarışlar gərgin mübarizə şəraitində keçib.

Turnirin qaliblərinə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.

Tarix: 15.01.2017

Son xəbərlər