Milli Qəhrəmanların xatirəsi əziz tutulur


Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Bakı şəhəri Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbidə batalyon komandirləri olmuş Milli Qəhrəmanlara – şəhid Əliyar Əliyevə həsr olunmuş “Pəhləvan komandir” və Elman Hüseynova həsr olunmuş “İlk komandir” adlı sənədli filmlər nümayiş olunub.

Tədbirdə Bakı şəhər musiqi məktəblərinin müəllim və şagirdləri, valideynlər, hər iki şəhidin doğmaları iştirak ediblər.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla və kinorejissor Nizami Abbas hər iki Milli Qəhrəmanın ömür yolundan danışıb, gənclərin milli düşüncəsinin formalaşmasında, vətənpərvərlik tərbiyəsinin möhkəmlənməsində, xalqın mənəvi-psixoloji ovqatının güclənməsində qəhrəman döyüşçülərimizin ömür yoluna işıq salan belə filmlərin əhəmiyyətindən danışıb, dinləyicilərin suallarına cavab veriblər.

Mədəniyyət və Turizm Nazirliyinin kinometoqrafiya şöbəsinin böyük məsləhətçisi Gülnarə İbrahimova, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sektor müdiri Bətulə Məmmədəliyeva belə birgə tədbirlərin əhəmiyyətini vurğulayıb, davamlı olmasını arzulayıblar.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 19.01.2017

Son xəbərlər