Dahi şairimiz Nizami Gəncəvinin 875 illiyi qeyd edilib


Bakı şəhəri Nərimanov rayonundakı 207 nömrəli tam orta məktəbdə dünya ədəbiyyatının korifeyi Nizami Gəncəvinin 875 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə müəllim və şagirdlərlə birlikdə valideynlər də iştirak ediblər.

Milli geyimli şagirdlər böyük şairin yaradıcılığından nümunələri, sözlərinə yazılmış mahnıları ifa edərək, “Xəmsə” motivləri əsasında səhnəcikləri məharətlə göstəriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “Nizami – dünya ədəbiyyatının yüksək zirvəsi” mövzusunda çıxışı maraqla qarşılanıb. O, məktəblilərin bədii-estetik zövq və biliklərinin, nitq qabiliyyətlərinin formalaşmasına müsbət təsir edən belə tədbirlərin əhəmiyyətini vurğulayıb, Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə aşkara çıxardığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabını məktəbin kitabxanasına hədiyyə edib.

Direktor Sədaqət Seyidova məktəbdə keçirilən tədbirlərə göstərdiyi mənəvi dəstəyə görə Bilik Fonduna təşəkkürünü bildirib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 18.01.2017

Son xəbərlər