Məktəblilər tanınmış psixoloqla görüşdülər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Suraxanı rayonu 232 nömrəli tam orta məktəbdə Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovla görüş keçirilib.
 
IX-XI sinif şagirdlərinin ümumi və tam orta təhsil kursu üzrə buraxılış test imtahanlarına pedaqoji və psixoloji cəhətdən hazırlığının təmin edilməsi, problemli ailələrin uşaqları və valideynlərini maarifləndirmək məqsədilə keçirilən görüşdə Fondun məsləhətçisi Elvin Hətəmov, məktəbin direktoru Məhluqə Əzizova, müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.
 
Psixoloq Elnur Rüstəmov məktəblilərin psixoloji durumlarının yaxşılaşdırılması, imtahan ərəfəsində onların stress və gərginlikdən azad olmaları üçün maraqlı tövsiyələr verib, şagirdlərin eləcə də valideynlərin və müəllimlərin suallarını cavablandırıb.
 
İnteraktiv formada davam edən görüşdə təhsildə uğurlu nəticələr əldə etmiş şagirdlərin valideynlərinə xüsusi təşəkkürnamələr təqdim edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru

 

 

Tarix: 09.02.2017

Son xəbərlər