“Erməni-qriqoryan kilsəsi XIX əsr ərzində alban irsini məhv edib, qarət edirdi”


IV əsrin sonlarından etibarən yeni “vətən” axtarışında olan erməni-qriqoryan kilsəsi, Azərbaycanın qədim və erkən orta əsrlər dövrünün tərkib hissəsi olan Qafqaz Albaniyasında İ.P.Petruşevskinin qeydinə görə, "ölkəni erməniləşdirmək aləti olmuşdu.” Məkansız qalan erməni icması üçün yeni ərazilər axtarışında olan erməni-qriqoryan kilsəsi, erkən orta əsrlərdən etibarən Azərbaycan torpaqlarına nəzər-diqqətini yönəltmiş, Azərbaycanın maddi-mədəni irsi olan Alban Apostol kilsəsinə sahib çıxmağı qarşısına məqsəd qoymuşdu. Əsrlərlə bu siyasəti yeridən erməni-qriqoryan kilsəsi XIX əsrin birinci otuzilliyində Rusiya imperiyasının Azərbaycan torpaqlarının işğalından sonra “Böyük Ermənistan” uydurması üçün münbit şəraitin yetişdiyinə əmin olaraq, Alban Apostol kilsəsinin irsinə sahib çıxmaq məqsədi ilə öz dindarlarının bölgədə imperiyanın siyasi hakimiyyətinin sosial bazasını təşkil edəcəyinə Rusiyanı inandıra bilmiş, imperator I Nikolayın 11 mart 1836-cı il tarixli Fərmanını imzalamasında özünəməxsus xidmət göstərmişdi. Beləliklə, Alban Apostol kilsəsinin maddi-mədəni irsinə nəzarət erməni-qriqoryn kilsəsinin ixtiyarına keçdikdən sonra erməni millətçilərinin Azərbaycanın tarixi torpaqlarına qarşı əsassız iddialar qaldırmaları üçün münbit bir zəmin yaranmışdı.

Echo.az-ın tarix elmləri doktoru Həcər Verdiyeva ilə müsahibəsi 

Son illər ən çox müzakirə olunan tarixi mövzulardan biri imperator I Nikolayın 11 mart 1836-cı il tarixli Fərmanı olub. Bu sənəd haqqında Siz nə deyə bilərsiniz?  

 – Qafqaz meqaregionunda Romanovlar Rusiyasının müstəmləkə siyasətinin əsas konturları müsəlman təbəqəni zəiflətməkdən və bu ərazidə öz siyasi hökmranlığını qurmaq üçün etnokonfessional bazanı formalaşdırmaqdan ibarət idi. Bu məqsədlə Rusiya imperiyası ortodoksal kilsəyə istinad edərək  məq­sədyönlü şəkildə xristianlığı təbliğ edirdi. Regionda inkişaf edən prosesləri müşa­hidə edən erməni-qriqoryan kilsəsinin yepiskopu İosif Arqutinski “erməni məsələsi”nin qaydaları ilə hərəkət edərək liturgiyanı(xristianların ən əsas ibadət ayini) imperator Pavela təqdim etmiş və məharət­lə onu və ondan sonra gələn Rusiya hökmdarlarını erməni-qriqoryan kilsəsinin dindarlarının pravoslav imperatora və Əlahəzrət Evinə dua etməsi haqqında  uydurduğu “erməni nağılı”na inan­dır­a bilmişdı.

Arqutinin “əfsanəsi”nə görə Rusiya ermənilərin dini baxımdan pravoslav məzhəbə yaxın olduqlarına inanmışdı. Beləliklə, Xilafət dövründə olduğu kimi, ermə­ni­lə­rin bəxti gətirmiş oldu. Romanovlar Rusiyası apardığı dini siyasətində erməni-qriqoryan kil­sə­sinə daha xeyirxah münasibət göstərərək onu doğma bilmişdi. Alban Apostol kilsəsinin fəaliyyəti isə imperiyanın xristianlaşdırma siyasətinə cavab vermirdi, çünki o, pravoslav kilsə deyildi və bu səbəbdən Alban Apostol kilsəsi erməni-qriqoryan kilsəsinin idarəçiliyinə verilmişdi.

  Lakin həm KİV, həm də elmi dairələr qeyd edirlər ki, Alban Apostol kilsəsi bu fərmana əsasən ləğv edilmişdi?

 – 1836-cı ilin Fərmanına əsasən Alban Apostol kilsəsi ləğv olunmamışdı, o, erməni-qriqoryan kilsəsinin tabeliyinə verilmişdi. Dünya kilsə kanonlarına (təlimatına) görə, istənilən kilsəni, o cümlədən Şərq kilsəsini yalnız Kilsə ləğv edə bilər. Apostol kanonlarının əsasını təşkil edən qaydalardan xəbərdar olan I Nikolay “erməni kartı”na istinad edərək Alban Apostol kilsəsinin idarəçiliyini erməni-qriqoryan kilsəsinə vermişdi. Beləliklə, erməni-qriqoryan  kilsəsinin Alban Apostol kilsəsinin irsinə  iddia qaldıra bilməsi üçün münbit şərait yaranmışdı.

 – Rusiyadakı erməni lobbisinin bu Fərmanın imzalanması ilə hər hansı bir əlaqəsi olubmu?  

 – Fərmanın verilməsindən öncəki  dövrdə baş verən sosial-siyasi proses­lə­rə diqqətlə nəzər salsaq, o zaman cavab müsbət olacaq. Ermənilərin kütləvi şəkildə Qacarlar İranından köçməsi birmənalı olaraq göstərdi ki, baş verən sosial proses Rusiya imperiyasındakı erməni lobbisinin vermiş olduğu “ssenari”si üzrə gedirdi  və burada arxiyepiskop N.Aştaraketsi  “rəhbər” rol oynamışdı.

Qeyd etmək lazımdır ki, o, erməni-qriqoryan kilsəsinin nəm divarları arxa­sın­da düşünülmüş “erməni məsələsi”ni yeni mərhələyə keçirə bilmiş,  dünayaya səpələnən ermənilərin Azərbaycanın tarixi torpaqlarında kütləvi şəkildə yerləşməsi üçün böyük səy göstərmişdi.

“Erməni məsələsi”nin alqoritmi üzrə hərəkət edərək, kilsə nəinki bu “ka­pel­la”ya dirijorluq etməyi, həm də dünyaya səpələnmiş ermənilərin köçürüldüyü ərazi­lə­ri, Azər­bay­­canın tarixi torpaqlarını öz idarəçiliyinə tabe etməyi qarşıya məqsəd qoymuşdu. Sonra isə kilsə  qarşıya qoyduğu plana uyğun olaraq “erməni məsələsi”ni yeni  mərhələyə keçirərək özünün Azərbaycan tor­paq­la­rına olan əsassız ərazi iddialarını əsaslandırmalı idi.     

  O zaman məntiqi olaraq belə bir sual yaranır. Erməni-qriqoryan kilsəsi I Nikolayın Qafqaz siyasətinə təsir göstərə bilərdi?

 – I Pyotrun Qafqaz siyasətindən imtina etməyən Rusiya üçün «erməni məsə­ləsi» tarixin müəyyən dövrlərində imperiyanın siyasi  oyunları ilə düz mütənasiblik təşkil edirdi. Bütün bu incəliklər erməni-qriqoryan kilsəsinin Rusiya imperiyasının Qafqaz siyasətinə vasitəli təsir göstərməsinə səbəb olmuşdu.

Bu məsələyə 1907-ci ildə Müqəddəs Sinoda təqdim etdiyi arayışında Eçmiədzin Sinodunun prokuroru A.Frenkel toxunaraq, qeyd edirdi ki, Rusiyanın erməni uydurmalarına qarşı xeyirxah münasibəti onlar üçün bir sıra güzəştlərə gətirib çıxardı və bu sonralar “erməni katolikoslarının gələcək kələkləri üçün presedent yaratdı, 1836-cı il qanunu da  onlara öz dindarları üçün müstəsna vəziyyətin yaradılmasını tənzimlədi”. 

 Bu fakt birmənalı olaraq sübut edir ki, Alban Apostol kilsəsi erməni-qri­qo­r­yan kilsəsinin tabeliyinə məhz “erməni motivləri” üzrə keçmişdi. Bu Fərmanı rəh­bər tutan erməni-qriqoryan kilsəsi XIX əsr ərzində məqsədyönlü şəkildə alban irsini məhv edir, qarət edir və beləliklə Azərbaycana qarşı əsassız ərazi iddialarını irəli sürmək üçün “erməni məsələsi”nin növbəti  mərhələləri üçün zəmin yaratmış olurdu.  

Bizim əlimizdə Eçmiədzin Sinodunun prokuroru A.Frenkelin arayışından bir parça vardır  və bu parça erməni-qriqoryan kilsəsinin XX əsrin əvvəlində Dağlıq Qarabağ problemini uyduraraq, məqsədyönlü şəkildə Azərbaycanın maddi-mədəni irsinin ayrılmaz hissəsi olan Alban mədəniy­yətinin mənimsədiyini birmənalı olaraq sübut edir.

 Bu arayış Eçmiədzin Sinodunun prokuroru A.Frenkel tərəfindən “erməni məsələsi”ni ciddi öyrəndikdən sonra tərtib edilmiş və belə bir məqam  vurğulanmışdı ki, ermənilərdə “şöhrətpərəstlik, intriqalar, satqınlıq, aşağılanmaq, yalandan and içmək” kimi xüsusiyyətləri onlarda  uzun əsrlər davam edən əsarəti yaratmış və bütün bunlar “Böyük Ermənistan” haqqında ağılsız fikirlərin yaranmasına  “nəfəs” vermişdi. Düşünürəm ki, bu sənəd geniş oxucu auditoriyasını maraqlandıracaq.  

Eçmiadzin Sinodu Prokuroru A.Frenkelin 1907-ci ildə Müqəddəs Sinoda təqdim etdiyi arayış (ixtisarla)

IV əsrdə xristianlığı qəbul etmiş tarixi Böyük Ermənistan V yüzillikdə bütün siyasi müstəqilliyini artıq itirmişdi və farsların (Zərdüştlük təlimi), Bizansın, ərəblərin, səlcuq türklərinin və digər fatehlərin hakimiyyəti altında idi (...).

Erməni xalqının tarixi taleyi danılmaz dəqiqliklə bu xalqın müstəqil dövlət, dövlət orqanizmi yaratmaq qabiliyyətinə malik olmadığını, bu xalqın yüksək sivilizasiyanın həqiqi yaranışının qavranılmasında tam yararsızlığını sübuta yetirmişdi. Belə ki, tarix bir neçə min il ərzində elm və incəsənət dahiləri sırasına bir nəfərin (erməninin) adını belə yaza bilməmişdir (...).

(...) Əgər keçmiş və yeni dövrün ən yaxşı erməni tarixçilərinin əsərlərini diqqətlə oxusaq, bu xalqın görkəmli mütəfəkkirlərinin erməni gerçəkliyinin bədbin baxışlarına həddsiz dərəcədə  təəcüblənərik. Hərislik, intriqalar, naxələflik, satqınlıq, riyakarlıq bu tayfanın əsas milli xüsusiyyətləri kimi görünür. Bu keyfiyyətləri sayəsində erməni xalqı həmişə hakim millətə assimilyasiya olmağa  yaxın olmuşdur (...).

Təəssüf ki, böyük insanın* bölünməsi ilə bağlı imperator I Nikolayın dilə gətirdiyi fikir yaranarkən ermənilər dərhal böyük əhəmiyyət kəsb etmiş oldular və onlarda özünü doğruldan ümidlər yarandı. Portadakı** bizim elçilər və onlarla birgə Xarici İşlər Nazirliyi hökumətə Rusiyanın Şərq siyasətinin müstəsna  maraqları üçün Türkiyə ermənilərinin köməyini əldə etməyin  vacibliyini  təlqin edirdilər; özü də bu kömək, yeri gəlmişkən, iki şərtlə həyata keçirilə bilərdi: 1) bütün ermənilərin katolikosu vəzifəsinə rus maraqlarına sadiqliyi ilə seçilən  namizəd irəli sürüldüyü halda; 2) bu namizəd Türkiyə ermənilərini mənəvi baxımdan özünə tabe etməyə qadir olduğu halda. Öz kökü etibarı ilə yanlış olan bu fikir bizim hökumət tərəfindən bir sıra güzəştlərə yol açdı və bu da 1836-cı il qanunu ilə nizama salınmış erməni dini icmaları üçün müstəsna şəraitin yaradılmasına gətirib çıxarmaqla bərabər erməni katolikoslarının gələcək iddiaları üçün bir əsas oldu. Gələcək mənfəət naminə  katolikosların seçkisinə kvazi-hökumət namizədinin yönləndirilməsi indiki Qafqaz rəhbərliyi tərəfindən daha çox dəstəklənir və diqqətdən qaçırılır ki, köləliklə korlanmış və sivilizasiyanın səthi toxunduğu, (...) bütün xristian və müsəlman Şərqi tərəfindən nifrət və ikrah hissi ilə qarşılanan hiyləgər asiyalılarla üzləşiblər. Tərəfimizdən hazırlanmış bu şərait, (...) erməni xalqı  arasında müxtəlif çalarlı yerli və əcnəbi  qeyri-hökumət birliklərinin olduqca rahat fəaliyyəti üçün  meydan yaratmışdır.

XVIII yüzilliyə kimi, Rusiyanın Yaxın müsəlman Şərqi istiqamətində irəliləyişi başlanana qədər Türkiyə ilə İran arasında bölünmüş ermənilərin böyük kütləsi müsəlman hökmranlığına qarşı heç bir əksüləməl göstərmirlər; çünki ermənilər sultan və şahın digər rəiyyətindən heç də pis yaşamırdılar. Ermənilər, tabe edildikləri  fatehlərin hakim və maliyyə sahələrinə tez bir zamanda daxil olmuş və bütün ticarət və kredit sahələrini öz əllərinə keçirmişdilər. Müsəlman hökmdarlar kilsə idarəçiliyində erməni katolikoslarının suverenliyini tanımışdılar (...). Nə türklər, nə farslar ermənilərin  hüquqi və xırda yerli  özünüidarəetmə  qaydalarına  qarışmırdılar.

Bir çox xırda xalqların milli özünüdərkinin oyanışı ilə qeyd olunan XIX əsrin birinci otuzilliyi  ermənilər üçün təsirsiz keçə bilməzdi (...)

(...) Ötən əsrin bütün gizli və aşkar erməni milli-dini cəmiyyətlərini iki qrupa bölmək olar: 1) Rusiyada olan erməni cəmiyyətlərinin Rusiya təbəələrinə və ermənilərə  münasibəti  dini-maarifləndərmə xarakterli idi. Onların bütün cəhdləri əvvəllər mövcud olmayan,  bütün ermənilər üçün ümumi, ədəbi-danışıq dilinin yaradılmasına, xalq üçün milli məktəblərin açılmasına və bütün xalq tərəfindən seçilmiş, xalqın başçısı kimi tanınan  katolikosun nüfuzunun artırılmasına yönəlmişdi. Rusiyada təhlükəsizlik şəraitində  olan bu birliklər Türkiyə Ermənistanın bu cür təşkilatları ilə sıx əlaqədə olaraq, onların Türkiyə hökumətinə qarşı inqilabi çıxışlarının həyata keçirilməsinə kömək etmişlər; 2) Türkiyədə erməni birlikləri sırf inqilabi xarakter daşıyırdılar. Onları maarifləndirmə fəaliyyətinin uzaq nəticələrindən daha çox, Türkiyə hökumətinə qarşı fəal

mübarizə maraqlandırırdı; xüsusilə ermənilərin Londonda, Lozannada, Cenevrədə fəaliyyət göstərən inqilabi təşkilatlardan faktiki dəstək aldıqları, eyni zamanda gənc türkçülərin onlara hüsn-rəğbət  göstərdikləri şəraitdə. Güman etməyə belə bir  əsas var ki, bizim hökumət ötən əsrin 30-cu illərindən 80-cı illərinə kimi Rusiya və Türkiyədə erməni təşkilatlarının sıx əlaqəsini ən azından inkar edirdi (bəlkə də sərfəli hesab edirdi). Rusiya sərhədlərindən maneəsiz olaraq Türkiyəyə silah göndərilir, geniş şəkildə döyüş sursatları, geniş maliyyə yardımı və erməni könüllüləri ilə köməklik edilirdi. 

Ermənilər siyasi qaçqın olaraq, bizim sərhəd bölgələrində etibarlı sığınacaq tapırdılar və hazırda Qafqazda bu qaçqınların sayı 50 000-dən çoxdur. Bu çağırılmamış qonaqların yarısının legitimliyi yoxdur. Şərqi Qafqazda olan cinayətkarların əksəriyyəti Türkiyə erməniləridir (...).

80-90-cı illərdə erməni məktəblərində tədrisin zərərli istiqamətlərinə diqqət yetirildi, Eçmiadzin patriarxı ilə yerli və əcnəbi inqilabi təşkilatlar arasında əlaqə aydın şəkildə özünü büruzə verdi, həmçinin erməni kilsə və monastırların mülkiyyətinin idarə olunmasında qüsurlar müəyyənləşdi. O zamankı Qafqaz rəhbərliyi götürdüyü siyasətinin ümumi istiqamətini əsas götürərək,  yaranmış bu vəziyyəti durdurmaq məqsədi ilə erməni məktəblərinin bağlanması, patriarxın nikah işləri, dil, and

* böyük insan – burada Osmanlı imperiyası nəzərdə tutulur.

** Porta – diplomatiya tarixi və beynəlxalq münasibətlərdə Osmanlı hökuməti (baş vəzirinin dəftərxanası və divan) nəzərdə tutulur.

içmə, kilsə əmlakı barədə təkbaşına qərar vermək hüququndan məhrum olunması ilə bağlı məlum sərəncamlar verdi.

Bu, erməni xalq kütləsini rus hökumətinin əleyhinə qaldırmaq üçün kifayət idi. Artıq o zaman erməni inqilabçı qüvvələri, həm mənəvi, həm də maddi baxımdan kifayət qədər hazırlıqlı idilər. Yayılan bəyannamələrdə "Türkiyə" sözü "Rusiya" sözü ilə əvəz edildi və Rusiya təbəələri olan ermənilər bir neçə il bundan əvvəl Türkiyəyə silah, könüllülər apardıqları kimi, indi də Türkiyə erməni fədailəri Rusiya sərhəddini keçməyə başladılar (...).

 Mənbə: Azərbaycan tarixi sənədlər və məlumatlar üzrə. Bakı, 1990, səh. 77-82

C.ƏLƏKBƏROVA

 

Tarix: 27.02.2017

Son xəbərlər