Bakıda "İslam həmrəyliyi, mədəni müxtəliflik və milli identiklik" mövzusunda beynəlxalq konfrans keçirilib


29 mart tarixində AMEA-nın Fəlsəfə İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Fransanın Sofia-Antipolis Universitetinin Hüquq və Siyasi Elmlər fakültəsinin birğə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “İslam həmrəyliyi, mədəni müxtəliflik və milli identiklik” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Azərbaycanda akkreditə olunmuş ABŞ, Fransa, Mərakeş, Misir, Pakistan, Qazaxıstan və digər ölkələrin mədəniyyət mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə Fəlsəfə İnstitutunun direktoru, prof. İlham Məmmədzadə açmış, 2017-ci ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunduğunu söyləyərək, onun regional və qlobal dünyəvi əhəmiyyətindən bəhs etmişdir.

Tədbirdə fransalı alimlər - professor Kristian Vallar “İslam və Respublika”, professor Ksavye Latur “Fransız olmaq”, professor Poline Türk “Dil identikliyi: Fransada və Azərbaycanda azlıqların statusu” və professor Klodin Terrazzoni-Biblok “Respublika və İslamın bölünməzliyi” mövzularında məruzələrlə çıxış etmişlər.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli, professor Zümrüd Quluzadə, f.ü.e.d. Füzuli Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev çıxış edərək İslam həmrəyliyi təcrübəsində milli dəyərlərin yeri və əhəmiyyətindən, eləcə də İslam həmrəyliyinin mənəvi əsaslarından danışmışlar.

Tarix: 29.03.2017

Son xəbərlər