“Gənc İstedadlar” liseyində mühazirə


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə “İslam Həmrəyliyin ili” çərçivəsində Bakı Dövlət Universiteti nəzdindəki “Gənc İstedadlar” liseyində mühazirə təşkil olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, fəlsəfə doktoru Rəşad İlyasov iştirakçılara “İslam elm tarixində Azərbaycan məktəbi” mövzusunda məlumat verib.

Tədbiri giriş sözü ilə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Aydın Kazımzadə açaraq “İslam Həmrəyliyi ili” çərçivəsində həyata keçiriləcək maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Mühazirədə Liseyin direktoru Qasım Hüseynov, BDU İlahiyyat Fakültəsinin dekanı, AMEA-nın akademiki Vasim Məmmədəliyev çıxış edərək İslam həmrəyliyi ilinin aktuallığından bəhs ediblər.

Sonda mühazirəçi müəllim-şagird heyətinin suallarını çavablandırıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 06.04.2017

Son xəbərlər