Təcrübəçilərə sertifikatlar verildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə serifikatlar təqdim olunub. Təcrübə müddətlərini uğurla başa vuran tələbələrlə görüşən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov onlara tövsiyələr verib, elmli, vətənpərvər, işgüzar insan olmaq üçün daim səylə çalışmağın üstünlüklərindən danışıb. Tələbələr təcrübə müddətində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 12.04.2017

Son xəbərlər