Pedaqoji Kollecin tələbələri premyeraya hazırlaşırlar


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində ali təhsil və orta ixtisas məktəblərində dram dərnəklərinin yaradılması və fəaliyyətinə dəstək davam edir.

Fond Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə dram dərnəyinin fəaliyyətinə start verib. Dərnəyin artıq 20 üzvü var və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məmməd Səfa tələbələrin ifasında Ə.B.Haqverdiyevin “Yeyərsən qaz ətini, bilərsən ləzzətini” adlı əsəri əsasında tamaşa hazırlayır.

İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı məşqlərdə iştirak edib. Gənclər tamaşaya həvəslə hazırlaşırlar. Mayda premyera olacağı gözlənilir.  

Tarix: 19.04.2017

Son xəbərlər