"Vətən dərsi” layihəsi çərçivəsində "Ağ qayıq" tamaşası


Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi E.Abdullayevanın ssenari müəllifi olduğu “Ağ qayıq” tamaşasını təqdim edib. Tamaşa Bilik Fondu ilə Şuşa Musiqili Dram Teatrının birgə həyata keçirdiyi “Vətən dərsi” layihəsi çərçivəsində göstərilib.

Tamaşada Qarabağ müharibəsinin bəlalarından, müharibənin insanlara vurduğu mənəvi zərbələrdən bəhs edilir və məktəblilərdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir.

Təqdimatdan əvvəl “Ağ qayıq” pyesinin müəllifi Elnurə Abdullayeva tədbiri açaraq, Bilik Fonduna Şuşa Musiqili Dram Teatrına göstərdiyi dəstəyə və “Vətən dərsi” layihəsinin həyata keçirilməsinə görə təşəkkürünü bildirib. Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Bilik Fondunun maarifçilik missiyasından, yeniyetmə və gənclərə vətənpərvərlik aşılayan tədbirlərin keçirilməsinin vacibliyindən söhbət açıb.

Məktəblilərin ifasında Şuşa haqqında şeirlər səsləndirildikdən sonra “Ağ qayıq” tamaşası göstərilib.

Tamaşanın quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır.

Əsas rolları Əməkdar artistlər Şükufə Musayeva, Azad Məmmədov, aktyorlar Dürdanə Dünyamalıyeva, Gündüz Qasımov, Vüsalə Məmmədova və başqaları ifa ediblər.

 

Tarix: 08.05.2017

Son xəbərlər