“Böyük ömrün dastanı” mövzusunda keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı


Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun sədaqətli ömür-gün yoldaşı, oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Böyük ömrün dastanı” mövzusunda keçirilən inşa-yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
 
Tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Fondun aparat rəhbəri İsaxan Vəliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, 179 №-li tam orta məktəbin direktoru Almaz İsmayılova, 298 №-li tam orta məktəbin direktoru Şaiqə Hüseynova, inşa-yazı müsabiqəsinin qalibləri, fərqlənən şagirdlər və qalib məktəblərin tədris işləri üzrə direktor müavinləri iştirak ediblər.
 
Fondun icraçı direktoru Oktay Səmədov tədbir iştirakçılarını salamlayaraq, müsabiqə qaliblərini təbrik edib onlara təhsildə uğurlar arzulayib. Qüdsi Bayramov, Rauf Həsənov və Sevinc Abdullayeva, İsaxan Vəliyev və Almaz İsmayılova ümummilli lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın nümunəvi həyat yolundan danışaraq, onların tarixi xidmətlərinin daim xalqımızın yaddaşında yaşayacağını nəzərə çatdırıblar.
 
Tədbir qaliblərin mükafatlandırılması ilə davam etdirilib.
 
Qeyd edək ki, inşa-yazı müsabiqəsi 28 aprel 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində keçirilib. İnşa-yazıları Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılıb. Bakı Humanitar Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən yoxlanılıb.
 
Müsabiqənin nəticəsinə görə 301 №-li tam orta məktəbin IX a sinif şagirdi Quliyev Aqil Cahangir oğlu I yerə, 179 №-li tam orta məktəbin 10b sinif şagirdi Abbaszadə Ülkər Seyfəddin qızı II yerə, 298 №-li tam orta məktəbin 11b sinif şagirdi Cəfərov Murad Müşfiq oğlu III yerə layiq görülüblər.
 
83 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ləman Süleymanova,205 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Aytən Ağayeva, 300 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Aytən Məmmədli,100 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aydan Əliyeva, 99 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aysun Əlizadə fərqlənmə diplomu ilə təltif olunublar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 08.05.2017

Son xəbərlər