Kamal Abdullayev Bilik Fondunda müşavirə keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bilik Fondunda müşavirə keçirib.
 
Müşavirədə ölkədə aparılan ideoloji, sosial və elmi maarifləndirmə işlərinin daha da genişləndirilməsi, müxtəlif sahələr üzrə Fondun lektorlar qruplarının işinin yenidən təşkili və lektorların ölkədaxilində gələcək fəaliyyət planı müzakirə olunub.
 
Dövlət müşaviri akademik Kamal Abdullayev bildirib ki, Bilik Fondunun lektorlar qruplarının üzvlərindən ibarət yenidən formlaşdırılmış “Heydər Əliyev və Azərbaycançılıq”, “Multikulturalizm, tolerantlıq və din siyasəti”, “Ədəbiyyat və incəsənət”, “Hüquq”, “Dilçilik”, “Fizika, riyaziyyat və informatika”, “Ekologiya və yer elmləri”, “İqtisadiyyat”, “Fəlsəfə”, “Tarix”, “Sosial, tibbi maarifləndirmə”, “Cəmiyyət və kitab” bölmələri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsinə uyğun olaraq, ölkə əhalisinin elmi-praktik, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərəcək, ölkə Prezidenti İlham Əliyevin hərtərəfli fəaliyyəti, çıxışları və imzaladığı qərarlarla bağlı davamlı mühazirələr təşkil edəcəkdir. Ölkə əhalisinin müxtəlif sosial qruplarının, xüsusən gənclərin elmi biliklərinin və peşəkar vərdişlərinin inkişafı, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində Bilik Fondunun həyata keçirdiyi müxtəlif maarifləndirici layihələr daha intensiv və sistemli xarakter alacaqdır.
 
Müşavirədə iştirak edən Bilik Fondunun lektorlar qruplarının tanınmış ictimai-siyasi xadimlərdən, Millət vəkillərindən, dövlət qurumlarının məsul əməkdaşlarından, AMEA-nın müxtəlif institutlarının direktorlarından, AMEA-nın həqiqi və müxbir üzvlərindən ibarət sədrlərinin səsləndirdiyi konkret təkliflər ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılmışdır.
 
 
Tarix: 25.05.2017

Son xəbərlər