Akademik Ziyad Səmədzadə Bilik Fondunda oldu


Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, akademik Ziyad Səmədzadə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. 

Bilik Fondu haqqında qonağa geniş məlumat verən icraçı direktor O.Səmədov deyib ki, indiki dövrdə cəmiyyətin iqtisadi maariflənməsinə böyük ehtiyac var. Çünki Azərbaycanın iqtisadiyyatı son illər sürətlə inkişaf etməkdədir və iqtisadi uğurlarla bağlı əhaliyə ətraflı bilgilərin verilməsi zəruridir.
Akademik Z.Səmədzadə Bilik Fondunun bu sahədəki fəaliyyətini yaxından izlədiyini diqqətə çatdırıb və bildirib ki, AMEA-nın mütəxəssisləri və MM-də rəhbərlik etdiyi komitənin üzvləri Fondun həyata keçirdiyi layihələrdə iştirak etməyə hazırdırlar. 
Z.Səmədzadə qlobal dünya iqtisadiyyatında Çin Respublikasının roluna həsr etdiyi kitabını, ideya müəllifı və baş redaktoru olduğu “Böyük İqtisadi Ensiklopediya”nın işıq üzü görmüş 5 cildini Bilik Fonduna hədiyyə edib.

Tarix: 01.04.2015

Son xəbərlər