Bilik Fondu Beynəlxalq Ekoenergetika Akademiyası ilə əməkdaşlıq edəcək


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti professor Fəqan Əliyevlə görüşmüş, təməli Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə qoyulmuş, 25 ilə yaxın müddətdə 12 Beynəlxalq konqres, çoxsaylı elmi konfrans və seminarlar keçirmiş, elmi jurnallar təsis etmiş, bir sıra təhsil ocaqlarında istedadlı gənclərdən ibarət “Gələcəyin alimləri” adlı kiçik akademiyaların yaradılmasında iştirak etmiş bu qurumun fəaliyyəti ilə tanış olmuşdur.

Akademiyanın əməkdaşları və üzvlərinin iştirakı ilə keçirilmiş görüşdə Bilik Fondu ilə Ekoenergetika Akademiyasının əhalinin maarifləndirilməsi işində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. İlkin mərhələdə birgə tədbirlər planının hazırlanması qərara alınmış, Fondun lektoriyalarına Akademiya üzvlərinin cəlb edilməsi, elmi jurnalların nəşrində Bilik Fondunun iştirakı ilə bağlı fikir mübadiləsi aparılmışdır. 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 12.07.2017

Son xəbərlər