Suraxanı nümayəndəsi Bilik Fondunda


26 iyul  tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Suraxanı rayonu üzrə yeni təyin olunmuş nümayəndəsi, Bakı şəhəri 278 nömrəli tam orta məktəbin direktoru Məlahət Əliyeva Fondun icraçı direktoru Oktay Səmədov və İnformasiya təminatı sektorunun baş məsləhətçisi, mətbuat katibi Ceyhun Musayevlə görüşmüş və Bilik Fondunun fəaliyyəti ilə tanış olmuşdur. Görüşdə rayon əhalisinin maarifləndirilməsi ilə bağlı qarşıda duran vəzifələr və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılmışdır. 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun informasiya təminatı sektoru
Tarix: 26.07.2017

Son xəbərlər