Binəqədi Gənclər Evi Bilik Fondu ilə əməkdaşlıq edəcək


3 avqust tarixində Bakı şəhəri Binəqədi Rayon Gənclər Evinin müdiri Sənan Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədov və aparat rəhbəri İsaxan Vəliyevlə görüşmüş, Fondun maarifləndirici fəaliyyəti, həyata keçirilən layihələrdə rayon gənclərinin iştirakı barədə məlumatlandırılmış, gələcək əməkdaşlıq məsələlərini müzakirə etmişdir. Görüşdə Bilik Fondu ilə Gənclər Evinin birgə tədbirlər planının hazırlanması, yaxın gələcəkdə Binəqədi Gənclər Evində Fondun dəstəyi ilə maarifləndirici xüsusi guşənin yaradılması, yeniyetmə və gənclər üçün elmi biliklərin müxtəlif sahələri üzrə təlimlərin təşkili məsələləri müzakirə olunmuşdur. 

 

Tarix: 03.08.2017

Son xəbərlər