Albaniya dövrü tariximizə dair maarifləndirici kitab


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyətində xalqımızın tarixi keçmişinin, mədəniyyətinin təbliği ilə bağlı maarifləndirmə işləri xüsusi yer tutur.

Fondun Azərbaycan, rus, ingilis dillərində nəşr etdirdiyi yeni kitab da bu sahədə görülən işlərin davamıdır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilovun “Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti” kitabı tariximizin antik və ilk orta əsrlər dövrü barədə oxuculara ətraflı bilgi verir. Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə nəşri olan kitabın yazılmasında əsas məqsəd də Azərbaycan tarixinə dair geniş oxucu auditoriyasının bilik, məlumat dairəsini genişləndirməkdir. Elmi-populyar üslubda qələmə alınmış bu əsər Albaniya dövlətinin tarix və mədəniyyətinin öyrənilməsi, ölkə vətəndaşlarının tarixi keçmişimizə dair biliklərinin artırılması, qədim dövrlərə aid abidələrimizlə tanışlıq, böyüməkdə olan nəsildə ulu babalarımızın yadigar qoyduqları maddi-mədəni irsə sahiblik hissinin formalaşması, onlarda doğma vətənə məhəbbət duyğularının, azərbaycançılıq məfkurəsinin formalaşması və Azərbaycan elmi-tarixi həqiqətlərinin xarici ölkələrdə tanıdılması, yayılmasına dəstək vermək baxımından əhəmiyyətlidir. 

Tarix: 16.08.2017

Son xəbərlər