Bilik Fondu Qurban bayramını Xocalı sakinləri ilə qeyd etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun bir qrup əməkdaşı müqəddəs Qurban bayramı münasibəti ilə Xocalı sakinləri ilə görüşüb. Pirşağıda yerləşən Xocalı şəhər 2 nömrəli tam orta məktəbində keçirilən görüşdə Fondun sektor müdiri Xatirə Hüseynova və aparıcı məsləhətçi Ramilə Qurbanlı iştirakçılara İslam həmrəyliyi ili, onun mahiyyəti barədə ətraflı məlumat verib, bu il çərçivəsində həyata keçirilən tədbirlərdən söz açıblar.
 
Fondun əməkdaşları Xocalı sakinlərini dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik, mərhəmət və xeyirxahlıq rəmzi olan Qurban bayramı münasibəti ilə təbrik ediblər.
 
Təhsil ocağının direktoru Fiqurə Rüstəmova Xocalı şəhər 2 nömrəli tam orta məktəbində dəfələrlə maraqlı görüşlər keçirdiyinə görə Bilik Fonduna minnətdarlığını bildirərək, belə tədbirlərin məktəbin müəllim və şagird kollektivi üçün stimullaşdırıcı rol oynadığını vurğulayıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru

 

 
Tarix: 01.09.2017

Son xəbərlər