Bilik Fondu Bilik Günü münasibətilə balacaları təbrik etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları 15 sentyabr – Bilik Günü münasibətilə 24 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində fəal məktəblilərlə görüşüblər. Direktor Gülarə Quluzadə gənc nəslin hərtərəfli inkişafında, uşaqlarda estetik zövqün formalaşmasında Yaradıcılıq Mərkəzinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışıb.
Məktəblilərə və onların təlim-tərbiyəsində böyük rolu olan müəllimlərə Bilik Fondunun təşəkkürnamələri verilib, kitablar hədiyyə olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 14.09.2017

Son xəbərlər