Türkiyəli ilahiyyatçı alim Bilik Fondunda oldu


Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü Misir Mərdanovun müşayəti ilə İstanbul 29 Mayis Universitetinin professoru, ilahiyyatçı alim, doktor Tayyar Altıkulaç və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlu Bilik Fondunun qonağı olublar.

Qonaqlar Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüblər. Rəhbərlik etdiyi Fondun məqsəd və vəzifələri, strukturu, iş prinsipi, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verən İçraçı direktor əhalinin dini maarifləndirilməsi işinə tanınmış türkiyəli alimlərin dəstək verməsinin vacibliyini önə çəkib. İstanbul 29 Mayis Universitetinin professoru bu təşəbbüsə görə Bilik Fondu rəhbərliyinə minnətdarlığını ifadə edərək, əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 19.09.2017

Son xəbərlər