Əli Hüseynli Bilik Fondunun rəhbərliyi ilə görüşdü


Sentyabrın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, hüquq elmləri doktoru Əli Hüseynli Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olub.
 
Bilik Fondu Koordinasiya Şurasının Hüqüqi maarifləndirmə bölməsinə rəhbərlik edən Əli Hüseynli Fondun icraçı direktoru Oktay Səmədov və aparat rəhbəri İsaxan Vəliyevlə görüşüb.
 
 
Hüquqi maarifləndirmə istiqamətində nəzərdə tutulan fəaliyyət planının müzakirə olunduğu görüşdə yerlərdə keçirilən mühazirələrdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsi üzvlərinin lektor qismində iştirakının vacibliyi vurğulanıb, bölgələrdə hüquqşünas alimlərin əhali ilə mütəmadi görüşlərinin təşkil olunması qərara alınıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 19.09.2017

Son xəbərlər