“Azərbaycan dövlətinin gənclər siyasəti


Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İl boyu bilik" proqramına uyğun olaraq, Bakı Dövlət Sosial-İqtisad Kollecində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanovun “Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda mühazirəsini təşkil edib.
 
“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamının mahiyyəti barədə ətraflı məlumat verən F.Salmanov gəncliyin öhdəsinə düşən vəzifələrdən danışıb. Gənc alim kollecin müəllim və tələbə heyətinin qatıldığı tədbirdə iştirakçıların suallarını cavablandırıb.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

 
Tarix: 04.10.2017

Son xəbərlər