Bilik Fondu Kollec müəllimlərini mükafatlandırdı


Oktyabrın 13-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü ilə əlaqədar Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində tədbir keçirilib.
 
Müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilən tədbirdə kollecin direktoru Rüxsarə Əliyeva, YAP rayon təşkilatının sədir müavini İlham Manafov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu, Abşeron rayon İcra Hakimiyyətinin məsul işçisi Hafiz Mikayılov, kollecin ilk ərazi partiya təşkilatının sədr müavini Məhəmməd Hüseynov çıxış edərək, YAP-ın uğurlu siyasi fəaliyyətindən söz açıb, yarım milyondan çox insanı birləşdirən partiyanın yaradıldığı, inkişafı və ən yüksək nəaliyyətlər qazandığı illərin tarixi aspektlərindən danışıblar.
 
Tədbirdə bildirilib ki, müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin liderliyi ilə ölkənin hakim partiyasına çevrilən YAP Umummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin böyük əməyi sayəsində qalibiyyətini qoruyub saxlamağı bacardı.
 
Natiqlər növbəti prezident seçkisində xalqın yenidən hakim partiyaya yüksək etimad göstərəcəyinə əmin olduqlarını vurğulayıblar.
Yubiley mərasimində kollec tələbələrinin ifaları, nümayiş olunan sənədli filmlər maraqla qarşılanıb.
 
İ.Manafov YAP sıralarına yeni qəbul edilən müəllim və tələbələrə partiyanın vəsiqələrini, Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu təhsildəki fəaliyyətində xüsusi ilə seçilən müəllimlərə Fondun təşəkkürnamələrini verib.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
 
Tarix: 13.10.2017

Son xəbərlər