Çirkli əllər xəstəlik mənbəyidir - şagirdlər maarifləndirilir


Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Şəhla Mirzəzadənin Yasamal rayonu 53 nömrəli tam orta məktəbin beşinci və altıncı sinif şagirdləri üçün 15 oktyabr – Ümumdünya Əl Yuma Gününə həsr olunmuş mühazirəsi təşkil olunub.

Tədbiri giriş sözü ilə Bilik Fondunun Beynəlxalq layihələr sektorunun məsləhətçisi Aytən  Xubanova açaraq, sağlam həyat tərzinin təbliğatı istiqamətində Fondun İSİM-in birgə həyata keçirdiyi maarifləndirici layihələrdən danışıb.

Həkim-mütəxəssis Ş.Mirzazədə isə söylədiyi mühazirədə əllərin düzgün yuyulması, çirkli əllər vasitəsilə yayılan yoluxucu xəstəliklər və onlardan qorunmanın yolları barədə ətraflı məlumat verib.

Tədbirdə iştirakçlara düzgün əlyuma qaydalarını özündə əks etdirən bukletlər paylanıb, İSİM -in nümayəndəsi iştirakçıların suallarını cavablandırıb. 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 16.10.2017

Son xəbərlər