Bilik Fondu Yevgeni Yevtuşenkonun yaradıcılıq gecəsini keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində məşhur rus şairi Yevgeni Yevtuşenkoya həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. “Sodrujestvo” Cəmiyyətində keçirilən tədbirdə Fondun Bakı və Azərbaycan Yeparxiyası ilə birlikdə həyata keçirdiyi “Azərbaycan dilini öyrənirik” kursunun dinləyiciləri də iştirak ediblər.

Bilik Fondunun lektorlar qrupunun üzvü, Əməkdar mədəniyyət işçisi Rafiq Kəşanlının Yevgeni Yevtuşenkonun yaradıcılığına həsr etdiyi mühazirəni iştirakçılar böyük maraqla qarsalayıblar. Mühazirəçi ötən əsrin ikinci yarısının ən məhsuldar və ən çox oxunan rus şairinin 20 poemanın, təxminən 200-dək şeir və mahnı mətnlərinin müəllifi olduğunu xatırladıb. Onun sözlərinə görə, 50-ci illərdə şairin "Entuziastlar şosesi" şeirlər toplusu və "Qış stansiyası" poeması işıq üzü görüb, 60-ci illərin əvvəllərində artıq "Babiy yar" ilə ölkə xaricinə çıxan şair insanların qəlbində elə bir taxt qurmuşdu ki, ölümündən sonra da təəssüf hissi ilə xatırlanır. 

“Azərbaycan dilini öyrənirik” kursunun dinləyiciləri şairin şeirlərindən nümunələr söyləyiblər. Mühazirəçi R.Kəşanlı tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında 

Bilik Fondunun Mətbuat xidməti

Tarix: 21.10.2017

Son xəbərlər