“Azərbaycanın multikultural mədəniyyət tarixi" mövzusunda seminar


Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanın multikultural mədəniyyət tarixi" mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycan Dillər Universitetinin Multikulturalizm Elmi Tədqiqat Laboratoriyasının əməkdaşları və universitetin tələbələri, H.Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Elmlər Liseyinin şagirdləri iştirak ediblər.

Muzeyin elmi işçisi Əli Fərhadov seminarı giriş sözü ilə açaraq, Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq, multikulturalizm və islam həmrəyliyi mövzularında muzeydə keçirilən tədbirlər barədə danışıb.

“Azərbaycanın multikultural modeli” mövzusunda məruzə ilə çıxış edən natiq tarix boyu ölkəmizdə müxtəlif xalqların, fərqli din mənsublarının sülh şəraitində birlikdə yaşadığını faktlarla diqqətə çatdırıb.

Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, “Azərbaycanda udi mədəniyyəti və Alban (Qafqaz) kilsəsinin bərpası tarixi” mövzusunda məruzə söyləyib O, Azərbaycanda xristianlığın qədim tarixə malik olduğunu və udilərin multikultural dəyərlərə sadiq qaldıqlarını, bir dövlətin bayrağı altında yaşadıqlarını bildirib. İcma sədri Azərbaycan dövlətin Alban-Udi xristian dini icmasına daim qayğı göstərdiyini vurğulayıb.

Roma Katolik Kilsəsinin nümayəndəsi Cozef Marik ölkədə aparılan multikultural siyasət nəticəsində müxtəlif dini icmaların mehriban şəraitdə yaşadıqlarını, belə həyat tərzinin dünyaya nümunə olduğunu deyib.

Tədbirlər müzakirə şəraitində keçib və məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 27.10.2017

Son xəbərlər